Azər Abıyev Türkiyədə keçirilən Beynəlxalq Offroad yarışlarında S2 kateqoriyasında birinci yeri tutdu
Posted By:
Comments:
Post Date:

Türkiyənin Rizə vilayətinin Ardeşen rayonunda keçirilən 3-cü Beynəlxalq Ardeşen Offroad yarışları başa çatıb.

Azərbaycan Avtomobil Federasiyasının dəstəyi ilə bu yarışlarda təmsil olunan Offroad milli komandamız-pilot Azər Abıyev və şturman Vaxtanq Sakhokia S2 kateqoriyasında 1-ci yeri tutublar. 

Xatırladaq ki, avqustun 30-31-də keçirilən 3-cü Beynəlxalq Ardeşen Offroad yarışlarında Azərbaycan, Türkiyə, Gürcüstan, İran və Ermənistandan 100-ə qədər idmançı iştirak edib.