Anar Ələkbərov
Posted By:
Comments:
Post Date:

Bu gün Milli Olimpiya Komitəsində Avtomobil İdman Növləri Federasiyasının İcraiyyə Komitəsinin toplantısı keçirilib. Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova  bildirib ki, səsvermə yolu ilə keçirilən iclasda Heydər Əliyev Fondunun icraçı direktoru, Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov Federasiyanın prezident seçilib.Anar Ələkbərov gələcəkdə də bu idman növünün inkişaf etdirilməsinə önəm veriləcəyini bildirib. Azərbaycanda son illər avtomobil idmanına marağın artdığını qeyd edən A. Ələkbərov bir sıra məşhur beynəlxalq layihələrin və yarışların ölkəmizdə keçirilməsinin nəzərdə tutulduğunu deyib.