Posted By:
Comments:
Post Date:

Türkiyənin Rizə bölgəsinin Ardeşen qəsəbəsində 2-ci Beynəlxalq Ardeşen Off-Road yarışları başa çatıb.

Gün.Az xəbər verir ki, 12-15 iyul tarixlərində keçirilən yarışda Azərbaycanla yanaşı, Türkiyənin yerli pilotları, həmçinin Gürcüstandan və Ermənistandan gələn pilotlar da iştirak edirdilər.

Bu yarışda ölkəmizi “Mercedes Wolf G250” avtomobilində təmsil edən ekipaj (Pilot – Rufət Nəsibov, şturman – Azər Əbiyev) ermənilərə qalib gələrək 2-ci yerə çıxıblar.

Qeyd edək ki, kişilərlə yanaşı, qadınların da ayrı kateqoriyada mübarizə apardığı yarışda ümumilikdə 50 idmançı çıxış edib.